Səyyad Əlizadə süni tənəffüs aparatına qoşuldu

Səyyad Əlizadə süni tənəffüs aparatına qoşuldu


Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

Axşam.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır:

“O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı – 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136457

Comments are closed, but trackbacks and pingbacks are open.