Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı



Bakida 28 yasli gənci avtomobil vurdu

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Bəhramtəpə magistral yolunun rayonun Qıraqlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mehdiyev Cabir Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/saatlida-27-yasli-genc-oglan-yol-qezasinda-xesaret-aldi/

Comments are closed, but trackbacks and pingbacks are open.