Saatlıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Saatlıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib



Saatlida avtomobil piyadani vuraraq agir xəsarət yetirib

Saatlı rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 1956-cı il təvəllüdlü Əsədov Zakir Eynulla oğlu yolu piyadalar üçün nəzərdə tutulan yerdən keçərkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin əziyi diaqnozları qoyulub. Z.Əsədovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/saatlida-avtomobil-piyadani-vuraraq-agir-xesaret-yetirib/

Comments are closed, but trackbacks and pingbacks are open.