Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb



Saatlida yol qəzasinda iki nəfər xəsarət alib

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Sarıcalar kəndində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Kazımova Mədinə Səməd qızı və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) yüngül xəsarət alıb. M.Kazımova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/saatlida-yol-qezasinda-iki-nefer-xesaret-alib5fs/

Comments are closed, but trackbacks and pingbacks are open.