“Sabah” klubu futbolçularının corablarına görə cərimələnib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Sabah” klubunun “Neftçi” ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XI tur oyununa görə cəzalanmasının detalları bəlli olub.

Bu barədə “Report”a AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qonaq komanda futbolçularının corablarındakı qüsura görə 800 manat cərimələnib: “Görüşün startı ərəfəsində dördüncü hakim dəhlizdə oyunçuların formalarına baxır. Bizim futbolçular isə corablarının boğazlarını kəsirlər ki, bütöv olmasın. Bu zaman altdan geyindikləri ağ rəngli corabın görünməməsi üçün üstündən qırmızı rəngdə lent vururlar. Futbolçu buna riayət etmədikdə dördüncü hakim dəhlizdə ona müraciət edir ki, ayağına lent bağlamalısan. O da bunu tapana və bağlaya kimi matç 4-5 dəqiqə gecikir. Əsasnamədə maddə var ki, qarşılaşmanın gecikməsinə görə cərimə tətbiq olunur”.

Hüseynov deyib ki, Avropada oyun gec başlayırsa, reklam hüquqlarına görə külli miqdarda cərimə tətbiq edilir: “Bizdə reklam hüquqları zəif olduğundan, 4-5 dəqiqə gecikəndə elə-belə baxırlar. Amma belə olmamalıdır. Çünki reklam saniyə ilə hesablanır. “Sabah” klubu məhz lentlə bağlı problemə görə cərimə olunub”.

Qeyd edək ki, “Neftçi” ilə matç “Sabah”ın qələbəsi ilə yekunlaşıb – 2:1.





Mənbə: https://report.az/futbol-xeberleri/sabah-klubu-futbolcularin-corablarina-gore-cerimelenib/

Comments are closed, but trackbacks and pingbacks are open.