“Sabah” klubu “Neftçi” ilə oyunda qüsurlara yol verib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Sabah” klubu səfərdə “Neftçi” ilə keçirdiyi Azərbaycan Pemyer Liqasının XI tur oyununda nöqsanlara yol verib.

“Report”un məlumatına görə, qonaq komanda futbolçularının geyimlərindəki qüsurlar üzündən matç gec başlayıb.

Bu səbəbdən, “Sabah” 800 manat cərimələnib.

Komandanın baş məşqçisi Murad Musayev isə “A” buraxılış vəsiqəsindən istifadə etməyib. Bununla əlaqədar kluba xəbərdarlıq edilib.

Qeyd edək ki, görüş “Sabah”ın qələbəsi ilə yekunlaşıb – 2:1.





Mənbə: https://report.az/futbol-xeberleri/sabah-klubu-neftci-ile-oyunda-qusurlara-yol-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.