“Sabah” Türkiyədəki ilk yoxlama oyununda heç-heçə edib

"Sabah" Türkiyədəki ilk yoxlama oyununda heç-heçə edib



Sabah Turkiyədəki ilk yoxlama oyununda hec hecə edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” klubu ilk yoxlama oyununu keçirib.

“Report” xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Macarıstan “Pakş”ı ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 29-cu dəqiqədə Xulio Sezar Rodriges vurub.

Qeyd edək ki, “Sabah” yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq. Paytaxt təmsilçisinin hazırlıq prosesindəki üçüncü rəqibi dəqiqləşməyib.





Mənbə: https://report.az/futbol-xeberleri/sabah-turkiyedeki-ilk-yoxlama-oyununda-hec-hece-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.