Sabahdan bu marşrutların hərəkət cədvəli dəyişdiriləcək

Sabahdan bu marşrutların hərəkət cədvəli dəyişdiriləcək - Siyahı


Sabahdan Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Axşam.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Buna görə Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək”, – deyə məlumatda bildirilir.

Sabahdan bu marsrutlarin hərəkət cədvəli dəyisdiriləcək



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137365

Comments are closed, but trackbacks and pingbacks are open.