Sabahdan bu marşrutun hərəkət sxemi dəyişəcək

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək


Sabahdan Alı Mustafayev küçəsinin “3-cü mikrorayon” dairəsindən “3-cü mikrorayon bazarı” istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 nömrəli marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. – Azadlıq pr. – S. Bəhlulzadə küç.- Atatürk pr., daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək”, – deyə məlumatda bildirilir.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137600

Comments are closed, but trackbacks and pingbacks are open.