Sabirabadda gənc bıçaqlanıb | Report.az

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Zəngənə kəndində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaş arasında olan gənc bıçaqlanıb.

Yaralı çoxlu qan itirdiyindən təcili olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/sabirabadda-genc-bicaqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.