Gündəm

Sabirabadda “KamAZ” aşıb, xəsarət alanlar var

Sabirabad rayonunun Şəhriyar kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

“Report”un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




Mənbə: https://report.az/hadise/sabirabadda-kamaz-asib-xesaret-alanlar-var/

Related Articles

Back to top button