Sabirabadda “QAZel” aşıb, sürücü xəsarət alıb

Sabirabadda “QAZel” aşıb, sürücü xəsarət alıb



Sabirabadda QAZel asib surucu xəsarət alib

Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, rayonun Zəngənə kənd sakini, 1982-ci il təvəllüdlü Süleymanov Raqif Fərhad oğlu “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/sabirabadda-qazel-markali-avtomobil-asib-surucu-xesaret-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.