Sabirabadda qohumunu güllələyən şəxsin məhkəməsi başlayıb

Sabirabadda qohumunu güllələyən şəxsin məhkəməsi başlayıb



Sabirabadda qohumunu gullələyən səxsin məhkəməsi baslayib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayonunda qonhumunu qəsdən öldürməyə cəhddə təqsirləndirilən Fuad Zaidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 21-də Sabirabad rayonu ərazisində qeydə alınıb.

Belə ki, F.Zaidov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qohumu Mirqiyas Mirmövsümova odlu silahdan atəş açıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

F.Zaidovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.





Mənbə: https://report.az/hadise/sabirabadda-qohumunu-gulleleyen-sexsin-mehkemesi-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.