Şabranda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

Paşinyanın həyat yoldaşı bu dəfə Amerikaya gedib


Şabranda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayon ərazisində VAZ-2107 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüləri, Şabran rayon sakinləri – 1990-cı il təvəllüdlü Sahib Cavanşir oğlu Nəsirov və 1994-cü il təvəllüdlü Xıdır Ramiz oğlu Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/sabranda-avtomobiller-toqqusub-suruculer-xesaret-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.