Şabranda karantin qaydalarını pozan çay evi aşkarlanıb, 8 nəfər saxlanılıb

Şabranda karantin qaydalarını pozan çay evi aşkarlanıb, 8 nəfər saxlanılıb



Sabranda karantin qaydalarini pozan cay evi askarlanib 8 nəfər

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Rauf Əmiraslanova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 8 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.





Mənbə: https://report.az/hadise/sabranda-karantin-qaydalarini-pozan-cay-evi-askarlanib-8-nefer-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.