Şabranda motosiklet avtomobillə toqquşdu, yaralı var

Şabranda motosiklet avtomobillə toqquşdu, yaralı var



Sabranda motosiklet avtomobillə toqqusdu yarali var

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Gölquşçu kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Mahir Daşdəmir oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır bədən xəsarətləri alan motosikletin sürücüsü təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.





Mənbə: https://report.az/hadise/sabranda-motosiklet-avtomobille-toqqusdu-yarali-var/

Comments are closed, but trackbacks and pingbacks are open.