Şagirdlərin yerdəyişməsi başlayıb | Report.az

Şagirdlərin yerdəyişməsi başlayıb | Report.az



Sagirdlərin yerdəyisməsi baslayib Reportaz

Bu gündən Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılıb.

“Report” xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyindən bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/sagirdlerin-yerdeyismesi-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.