Sahibə Qafarova: “Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin görüşü tarixi hadisədir”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Bu tədbirin keçirilməsi tarixi hadisədir və tarixdə öz yerini tutacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir: “Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir”.

S.Qafarova qeyd edib ki, Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə hər iki ölkənin mövqeləri ayrı-ayrı platformalarda daim dəstəklənib və bundan sonra da dəstəklənəcək: “Bugünkü görüş dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfəsini vermiş olacaq və xalqların daha yaxınlaşmasına kömək edəcək”.





Mənbə: https://report.az/milli-meclis/sahibe-qafarova-azerbaycan-turkiye-pakistan-parlament-sedrlerinin-gorusu-tarixi-hadisedir/

Comments are closed, but trackbacks and pingbacks are open.