Şahzadə ondan bahalı hədiyyələr alan sevgilisini məhkəməyə verdi

Şahzadə ondan bahalı hədiyyələr alan sevgilisini məhkəməyə verdi


51 yaşlı İtaliya şahzadəsi Cakomo Bonanno di Linquaqlossa sevgilisi, belaruslu 35 yaşlı Tatyana Yaşenkonu məhkəməyə verib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sevgilisinin şahzadədən bahalı hədiyyələr istəməsi olub.

2019-cu ildə şam yeməyində tanış olan cütlük daha sonra münasibətə başlayıb. Lakin ötən ilin dekabrında Cakomo  Tatyana qarşı məhkəmə iddiası qaldıraraq, onun sadəcə olaraq bahalı hədiyyələrə görə yanında olduğunu iddia edib. O, bildirib ki, əvvəlki evliliyinin dağılması nəticəsində travma keçirib və bu səbəbdən ağıllı qərarlar verə bilmir.

Tatyana isə bu vəziyyətindən istifadə edərək ona bahalı hədiyyələr aldırıb. Şahzadə qaldırdığı iddia ilə Tatyanadan verdiyi hər şeyi geri qaytarmasını tələb edir. Cakomo iddia edir ki, o, Tatyananı dünya turuna çıxarıb, birlikdə onlar Monte Karlo, Dubay və Maldiv adalarını ziyarət ediblər.

“Times”ın məlumatına görə, şahzadə sevgilisinə Romanın mərkəzində mənzil, dəyəri 90 min dollardan çox olan “Mersedes”, bahalı zinət əşyaları və 20 min dollardan çox pul verib. Ümumilikdə, Cakomonun sevgilisi üçün aldığı hədiyyələrə 500 min dollardan çox pul xərclədiyi güman edilir. Amma bəzi məlumatlara görə, məbləğ bir milyon dolları da keçə bilər.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140924

Comments are closed, but trackbacks and pingbacks are open.