Salyan sakinlərindən “patı” aşkarlanıb | Report.az

Salyan sakinlərindən "patı" aşkarlanıb | Report.az


Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.





Mənbə: https://report.az/hadise/salyan-sakinlerinden-pati-askarlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.