Salyanda şəhidin xatirəsinə abidə ucaldılıb

Salyanda şəhidin xatirəsinə abidə ucaldılıb


Salyanda I Qarabağ müharibəsində şəhid olmuş Loğman İsmayılovun xatirəsinə abidə ucaldılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, üç gün Ermənistanda matəm elan edilməsində xüsusi rolu olan, I Qarabağ müharibəsinin iştirakçısı, şəhid Loğman İsmayılovun doğulduğu Salyan rayonunun Xurşud kəndində xatirə abidəsinin açılışı olub.

Xatirə abidənin açılışında Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidənin üzərindən ağ örtük götürülüb.

Salyanda səhidin xatirəsinə abidə ucaldilib

Açılış mərasimində 1973-cü ildə Salyanın Xurşud kəndinin yetirməsi Loğman Akif oğlu İsmayılovun I Qarabağ savaşında göstərdiyi qəhrəmanlıqladan söz açılıb. Qeyd olunub ki, 1991-ci ildə hərbi xidmətə yola düşən Loğman bir müddət hərbi təlimlərdə olub, Döyüş yolları Tərtər, Ağdərə istiqamətlərindən başlayıb. O, silahdaşları ilə bahəm Ağdərə şəhərinin, 34 yaşayış məntəqəsinin və 7 yüksəkliyin alınmasında əsl qəhrəmanlıq göstərib. Ağdərənin Qlobs deyilən yüksəklikdə düşmənin 200-dən çox canlı qüvvəsini, 7 tank və 2 BMP-ni məhv edib. Bundan sonra Ermənistanda 3 gün matəm elan olunub. Loğman İsmayılov 1993-cü il yanvarın 1-də Ağdərənin “Vışka” deyilən yüksəkliyi uğrunda gedən qanlı savaşda 20 yaşında ikən şəhidlik zirvəsinə ucalıb.

O da bildirilib ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Milli Ordumuzun əsgər və zabitləri tərəfindən 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edilib, şəhidlərimizin intiqamı, qisası alınıb.

Sonda məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.





Mənbə: https://report.az/qarabag/salyanda-sehidin-xatiresine-abide-ucaldilib/

Comments are closed, but trackbacks and pingbacks are open.