Şamaxıda arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Şamaxıda arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır



Beyləqanda sevgilisinin qətlini sifaris edən qadin kassasiya sikayəti verib

Şamaxı rayonunda arvadını bıçaqlamaqda təqsirləndirilən Səməd Yusifovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

“Report” xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda Şamaxı rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Səməd Yusifov arvadı, 26 yaşlı Zümrüd Yusifovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Keçirilən əməliyyat tədbirləri zamanı S.Yusifov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.





Mənbə: https://report.az/hadise/samaxida-arvadini-bicaqlayan-sexsin-mehkemesi-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.