Şamaxıda karantini pozan hotelin icarədarı 4 min manat cərimələnib

Şamaxıda karantini pozan hotelin icarədarı 4 min manat cərimələnib


Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə yoxlamalar aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” hoteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı hotelin icarədarı Məqsəd Bağırov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib.





Mənbə: https://report.az/hadise/samaxida-karantini-pozan-otelin-icaredari-4-min-manat-cerimelenib/

Comments are closed, but trackbacks and pingbacks are open.