Samir Şərifov: “2022-ci ilin dövlət büdcəsinin xərclərinin 89,7 %-ni gəlirlər əhatə edəcək”

Samir Şərifov: “2022-ci ilin dövlət büdcəsinin xərclərinin 89,7 %-ni gəlirlər əhatə edəcək"



Samir Sərifov 2022 ci ilin dovlət budcəsinin xərclərinin 897 ni gəlirlər

2022-ci ilin dövlət büdcəsinin xərclərinin 89,7 %-nin maliyyələşdirilməsinə təminat yaradacaq dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat məbləğində nəzərdə tutulur ki, bü da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 389 milyon manat yaxud 5,5 %, gözlənilən icrasına nisbətən isə 739 milyon manat yaxud 2,8 % çoxdur.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirib.

“Daxilolmaların tərkibində neft gəlirləri 54,8 % yaxud 14 milyard 690 milyon manat, qeyri-neft gəlirləri isə 45,2 % və ya 12 milyard 126 milyon manat təşkil edəcək. Gələn il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 820 milyon manat daxilolma nəzərdə tutulub ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 570 milyon manat yaxud 21,7 %, gözlənilən icraya nisbətdə isə 376 milyon manat və ya 4,5 % çoxdur.

Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 4 milyard 260 milyon manat və ya cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 360 milyon manat yaxud 9,2 % çox, gözlənilən icraya nisbətdə isə 95 milyon manat və ya 2,3 % çox daxilolma nəzərdə tutulur.

2022-ci ildə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalar üzrə 760 milyon manat, sair daxilolmalar üzrə isə 266 milyon manat vəsait proqnozlaşdırılır. Xərclərin maliyyələşdirilməsi üçün açıq qalan 3 milyard 63 milyon manat həcmində hissə büdcə kəsirini formalaşdırır və onun ÜDM-ə nisbəti 3,5 % səviyyəsində proqnozlaşdırılır.

Büdcə kəsirinin örtülməsi özəlləşmədən daxilolmalar 114 milyon manat, xarici və daxili borclanmadan 1 milyard 693 milyon manat və vahid xəzinə hesabının qalığı 1 milyard 256 milyon manat hesabına nəzərdə tutulur”, – deyə nazir əlavə edib.





Mənbə: https://report.az/maliyye-xeberleri/samir-serifov-2022-ci-ilin-dovlet-budcesinin-xerclerinin-89-7-nin-gelirler-ehate-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.