Samuxda həkim sükan arxasında infarkt keçirdi, avtomobilini hasara vurdu

Samuxda həkim sükan arxasında infarkt keçirdi, avtomobilini hasara vurdu



Samuxda həkim sukan arxasinda infarkt kecirdi avtomobilini hasara vurdu

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə infarkt keçirib. Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/samuxda-hekim-sukan-arxasinda-infarkt-kecirdi-avtomilini-hasara-vurdu/

Comments are closed, but trackbacks and pingbacks are open.