Şarl Mişel: “Bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq”

Şarl Mişel: “Bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq”



Sarl Misel Bolgədə uzunmuddətli və davamli sulhun tərəfdariyiq

“Sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır”.

“Report”un məlumatına görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan lideri lə görüş zamanı Avropa İttifaqı-Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri, gələcək layihələr, eləcə də ilin sonunda keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələləri müzakirə olunub.

Şarl Mişel bildirib ki, təmsil etdiyi qurum bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıdır.

Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyasının vacibliyini qeyd edən Aİ rəsmisi əlavə edib ki, regional əməkdaşlıq və infrastrukturun bərpası əhəmiyyətlidir.





Mənbə: https://report.az/xarici-siyaset/sarl-misel-bolgede-uzunmuddetli-ve-davamli-sulhun-terefdariyiq/

Comments are closed, but trackbacks and pingbacks are open.