“Saudi Aramco” sıfır karbon emissiyasına nail olmağı hədəfləyib

“Saudi Aramco” sıfır karbon emissiyasına nail olmağı hədəfləyib



Saudi Aramco sifir karbon emissiyasina nail olmagi hədəfləyib

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 2050-ci ilədək istixana qazı emissiyalarını xalis sıfır səviyyəsinə çatdırmaq istəyir.

“Report” xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə bildirilir.

Qeyd olunub ki, “SaudiAramco” qlobal sənayeni bu problemin həllinə yönəltmək üçün unikal və güclü platformadır:

“Bu gün 2050 -ci ilə qədər bütün şirkətlərdə istixana qazı emissiyalarını sıfır səviyyəsinə çatdırmaq nail olmağı qərara aldığımızı bildirməkdən məmnunuq”.

Şirkət, 2022-ci ilin ikinci rübündə yayılacaq davamlılıq hesabatında daha çox detalları açıqlamağı planlaşdırır.

“Energy Transitions Commission” (ETC) təşkilatının məlumatına görə, 2050-ci ilədək qlobal miqyasda xalis sıfır karbon emissiyası hədəfinə çatmaq üçün ildə 1-2 trilyon dollarlıq investisiya tələb olunur.

Stanford Universitetinin araşdırmasına görə, 2000-ci ildən bəri qlobal istiləşmə ABŞ və Avropa İttifaqına ən azı 4 trilyon dollara başa gəlib. Tropik ölkələr isə hazırda qlobal istiləşmə başlamazdan əvvəl olduğundan 5 faiz daha kasıbdır.





Mənbə: https://report.az/biznes-xeberleri/saudi-aramco-sifir-karbon-emissiyasina-nail-olmagi-hedefleyib/

Comments are closed, but trackbacks and pingbacks are open.