Selcuk Bayraktar: “Ölkələr sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər”

Selcuk Bayraktar: “Ölkələr sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər”



Selcuk Bayraktar Olkələr sonuncu pilotlu doyus təyyarələrini istehsal edirlər

“Ölkələr artıq sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər. İyirmi il sonra, on il sonra döyüşdəki ən böyük doktrinalı dəyişikliyi pilotsuz uçuş aparatları edəcək. Bunu bugünkü mütəxəssislər formalaşdıracaqlar. F-35 və F-16 raketləri dövrünün sona çatacağını da proqnozlaşdırırıq”.

“Report” xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsində Türkiyənin “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar söyləyib.

“İnanırıq ki, pilotsuz döyüş təyyarələri hətta 5-ci nəsil təyyarələrin belə, sonunu gətirəcək. Gələcəyin ən güclü hava qüvvələri pilotsuz döyüş təyyarələri olacaq”, – deyə o bildirib.





Mənbə: https://report.az/region-xeberleri/selcuk-bayraktar-olkeler-sonuncu-pilotlu-doyus-teyyarelerini-istehsal-edirler-7356/

Comments are closed, but trackbacks and pingbacks are open.