Sellülit niyə yaranır və ondan necə qorunmaq olar?

Sellülit niyə yaranır və ondan necə qorunmaq olar?


Selülit bir çox şəxsin qarşılaşdığı və sevmədiyi problemdir. Bunun yaranmasına səbəb olan amilləri aradan qaldırmaq mütləqdir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, portağal qabığını xatırladan bu görüntünün yaranmasına səbəb dəri altındakı yağ yığımında yaranan pozulmadır.

Bəzən isə bu qan dövranındakı pozuntu nəticəsində yaranır. Çox sellülit damar partlamasına da gətirib çıxarır. Yaranmasına ən çox ostrojen hormonu səbəb olduğu üçün sellülit daha çox qadınlarda rast gəlinir. Hamiləlik və klimaks dövründə daha da artır.

Sellülitdən necə xilas olmaq olar?

Gün ərzində ən az 2 litr su için. Yağlı qidalardan uzaq olun. çalışın marqarin yağları istifadə etməyin. Çox duz və şəkər istifadə etmək də sellülit yaradır. Spirtli içki və siqaretdən uzaq olun. Tez kökəlib, arıqlamağa çalışmayın. İdman etməyi unutmayın. Yayda çox günəş vannası qəbul etməyin. Dərman içərkən tərkibini mütləq oxuyun və hormonal pozğunluq yaratmayacağına əmin olun. Qazlı sulardan və digər qutularda satılan şəkərli içkilər içməyin.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137316

Comments are closed, but trackbacks and pingbacks are open.