Serbiyalı futbolçu: “Azərbaycan millisini məğlub etmək çox vacibdir”

Serbiyalı futbolçu: "Azərbaycan millisini məğlub etmək çox vacibdir"



Serbiyali futbolcu Azərbaycan millisini məglub etmək cox vacibdir

“Komandamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm”.

“Report”un məlumatına görə, bu fikirləri Serbiya millisinin sabiq futboçusu Antonio Rukavina 2022-ci il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlar barədə “Zurnal” nəşrinə müsahibəsində deyib.

Hazırda Qazaxıstanın “Astana” klubunda çıxış edən 37 yaşlı müdafiəçi İrlandiya ilə 1:1 hesablı heç-heçə etdiklərini matçı xatırladıb: “Bu, sürpriz nəticə idi. Daha güclü olduğumuz rəqiblərə qalib gəlməli, önəmli görüşlərdə isə uduzmamalıyıq. Lüksemburq və Azərbaycanı məğlub etmək sonuncu turda Portuqaliya ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/serbiyali-futbolcu-azerbaycan-millisini-meglub-etmek-cox-vacibdir/

Comments are closed, but trackbacks and pingbacks are open.