Sergey Lavrov: “İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı fəal şəkildə dəstəklədik”

Lavrov: "NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi mövcud gərginliyi artıra bilər"



Lavrov NATO nun raketlərini Rusiya sərhədlərinə yerləsdirməsi movcud gərginliyi artira bilər

“3+3 formatı ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yola açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, – o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri müzakirə olunur.





Mənbə: https://report.az/xarici-siyaset/sergey-lavrov-ilham-eliyev-3-3-formatini-ireli-surende-bu-ideyani-feal-sekilde-destekledik/

Comments are closed, but trackbacks and pingbacks are open.