Serj Sarkisyana qarşı külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb

Serj Sarkisyana qarşı külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb



Serj Sarkisyana qarsi kulli miqdarda rusvət almaq ittihami irəli surulub

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

“Report”un xəbərinə görə, bu barədə “Sputnik Armeniya”ya ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib”, – komitənin mətbuat xidmətindən bildiriblər.

Daha əvvəl keçmiş dövlət başçısının vəkili Amram Makinyan bildirib ki, bu, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edən qalmaqallı sahibkar Silva Ambarsumyanın işidir.

Ambarsumyan əvvəlcə Sarkisyana rüşvət vermədiyini və onu tanımadığını iddia edib. Lakin sonra ifadəsini dəyişib.





Mənbə: https://report.az/region-xeberleri/serj-sarkisyan-kulli-miqdarda-rusvet-almaq-ittihami-ireli-surulub/

Comments are closed, but trackbacks and pingbacks are open.