Sevda Yahyayevanın toy tarixi bəlli oldu

Sevda Yahyayevanın toy tarixi bəlli oldu


Müğənni Sevda Yahyayevanın toy tarixi bəlli olub.

Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçı oktyabrın 25-də təmtəraqlı məclis edəcək.

Zakir Bayramov adlı həkimlə ailə quran Sevda məclisə 150 qonaq çağırıb. Məclisin aparıcılığı Nəsib Nura həvalə olunacaq. Toyda əsas müğənni isə Elton Hüseynəliyev olacaq.

Sevda özəl günündə iki gəlinlik geyinməyi planlaşdırır. Onlardan biri türkiyəli dizayner tərəfindən hazırlanıb.

Qeyd edək ki, Sevda və Zakir ötən il rəsmi nikaha girib. Cütlük pandemiyaya görə toyunu təxirə salmışdı.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137043

Comments are closed, but trackbacks and pingbacks are open.