Sevdanın toyu niyə olmadı?

Sevdanın toyu niyə olmadı?


Müğənni Sevda Yahyayeva toyunu təxirə salıb. Sənətçi toyların keçirilməsinə icazə verildiyi kimi özünə təmtəraqlı məclis edəcəyini desə də, istəyi gerçəkləşməyib.

Bu haqda Axşam.az-a açıqlama verən Sevda bildirib ki, toy Məhərrəmlik ayından sonraya qalıb:

“Hazırda həyat yoldaşımla birlikdə Sankt-Peterburqda istirahətdəyik. Toyun niyə bu mövsüm olmadığını toy günümdə açıqlayacam. Hazırda dəqiq tarixi bilmirik. Çünki məkan danışmamışıq. Bakıya qayıdan kimi toy hazırlıqlarına başlayacam. Məkanı danışıb, tarixi dəqiqləşdirəcəyik”.

Qeyd edək ki, S.Yahyayeva həkim Zakir Bayramovla ötən il nikah masasına oturub. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=135562

Comments are closed, but trackbacks and pingbacks are open.