Şou Biznes

Sinan “Zoom”da tanış olduğu xanımla evlənir

Türkiyəli aktyor Sinan Tuzcu ikinci dəfə ailə qurmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, aktyor Parisdə yaşayan sevgilisi Beyza Kapucu ilə iyunun 12-də nikah masasına əyləşəcək. Türkiyənin Marmaris şəhərində baş tutacaq toy 2 gün davam edəcək.

Nikaha dəvət olunan qonaqlardan isə koronovirus testindən keçməsi tapşırılıb. 

Qeyd edək ki, Sinan və Beyza “Zoom” onlayn platformasında tanış olublar. Aktyor 2016-cı ildə ilk həyat yoldaşı Dolunay Soysertdən ayrılıb.







                 






Mənbə: https://axsam.az/?name=xeber&news_id=131460

Related Articles

Back to top button