Siracla Məhərrəmin xatirəsinə beynəlxalq poçt markası buraxıldı

Siracla Məhərrəmin xatirəsinə beynəlxalq poçt markası buraxıldı - Foto


Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb.

Axşam.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Azərbaycanın inciləri” layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib.

Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışına və mina xəritələrini təhvil verməməklə regionda sülhə-sabitliyə mane olmasına cəlb etməkdir.Siracla Məhərrəmin xatirəsinə beynəlxalq poct markasi



Mənbə: https://axsam.az/?name=xeber&news_id=132969

Comments are closed, but trackbacks and pingbacks are open.