Şirvanda yanmış kişi meyit tapılıb – Yenicag.Az

Şirvanda yanmış kişi meyit tapılıb – Yenicag.Az


Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən “köhnə çörəkbişirmə” zavodunun həyətində yüksək gərginlikli elektrik enerjisi qutusuna düşərək yanmış kişi meyiti aşkar edilib.

Yenicag.az-ın məlumatına görə, tanınmaz halda aşkar edilən meyitin kimə məxsus olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/sirvanda-yanmis-kisi-meyit-tapilib/

Comments are closed, but trackbacks and pingbacks are open.