Şirvanda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb

Şirvanda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb



Sirvanda yol qəzasinda bir ailənin 2 uzvu xəsarət alib

Şirvanda yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, minik avtomobili Sabirabad rayon sakinləri – 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızı və qızı, 2006-cı il təvəllüdlü Mirzəyeva Gülgəz Elçin qızını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan ana və qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/sirvanda-yol-qezasinda-bir-ailenin-2-uzvu-xesaret-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.