Siyəzəndə 60 yaşlı kişini avtomobil vuraraq belini sındırdı

Paşinyanın həyat yoldaşı bu dəfə Amerikaya gedib


Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Mikayılov Mürsəl Əmirsultan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/siyezende-60-yasli-kisini-avtomobil-vuraraq-belini-sindirdi/

Comments are closed, but trackbacks and pingbacks are open.