Hadisə

Siyəzəndə bıçaqlanma hadisəsi: Qohumunu öldürdü – Yenicag.Az

Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Siyəzən rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

www.yenicag.az




Mənbə: https://yenicag.az/siyezende-bicaqlanma-hadisesi-qohumunu-oldurdu/

Related Articles

Back to top button