Fransa çempionatının oyunundan sonra kütləvi dava olub

Fransanın “Anje” və “Marsel” komandaları arasında Liqa-1-in VII turunda keçirilmiş oyundan sonra azarkeşlər arasında kütləvi dava düşüb. “Report” “RMC Sport”a istinadən xəbər verir ki, final fitindən sonra “Marsel” fanatları meydana girərək rəqib azarkeşlərə tərəf qaçıblar. Bu zaman iki komanda tərəfdarları arasında kütləvi dava baş verib və stadionun avadanlıqlarına da ziyanARDINI OXU

Ukrayna prezidenti BMT-ni "diriltməyi" təklif edib

“BMT-ni yeniləmək lazımdır”. “Report” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. BMT Baş Assambleyasının sessiyasında çıxış edən dövlət başçısı hesab edir ki, təşkilatın nizamnaməsinin yenilənməsindən başlamaq lazımdır, çünki qurumun sənədləri tövsiyə xarakterli deyil, onu “öz arzuna görə yerinə yetirmək olar”. “Siz orada hər kəs özü özü üçün sözləriniARDINI OXU

KİV: Ermənistan BMT-yə qeyri-ciddi yanaşır

“Artıq br neçə gündür ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 76-cı sessiyası işə başlayıb. Sessiyanın işində dünyanın bir çox ölkələri dövlət başçıları səviyyəsində iştirak edir. Ermənistan sessiyanın işində iştirak etmir və bu, çox qəribədir”. “Report” xəbər verir ki, bu barədə “Yerevan today” yazıb. Agentlik bildirib ki, Nikol Paşinyan və onunARDINI OXU

Rusiya oktyabrdan bəzi ölkələrlə hava əlaqəsini bərpa edir

Rusiya oktyabrın 5-dən etibarən Cibuti, Danimarka, Yeni Zelandiya, Cənubi Afrika və Peru ilə uçuşları bərpa edir. “Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb. Qərargahdan verilən məlumata görə, uçuşların bərpası ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınmaqla həyata keçirilir. Bununla yanaşı, Yaponiya, Qırğızıstan, Özbəkistan, Danimarka, Bəhreyn, BƏƏ vəARDINI OXU

Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb

Əlcəzair Ali Təhlükəsizlik Şurası Mərakeş tərəfindən mümkün təxribatların qarşısını almaq üşün bu ölkəyə hava məkanını bağlı elan edib. “Report” xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının tvitter səhifəsində məlumat yayılıb. Məlumata görə, sentyabrın 22-dən Mərakeş mülki və hərbi aviasiyasına Əlcəzairin hava məkanı üzərindən uçmaq qadağan edilir. Qeyd edək ki,ARDINI OXU

Psaki: "Baydenin reytinqinin aşağı düşməsi pandemiya ilə bağlıdır"

“ABŞ prezidenti Cozef Baydenin reytinqinin aşağı düşməsini koronavirus pandemiyası ilə əlaqədardır”. “Report” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib. Psaki buna baxmayaraq, pandemiyanın ABŞ rəhbərliyinin reytinqinə sona qədər təsir etməyəcəyini qeyd edib. “ABŞ-da koronavirusa yoluxma ilə bağlı vəziyyət pisdir. İnsanlar hələ də narahatlıq və həyəcana səbəb olanARDINI OXU

Türkiyə və Finlandiyanın XİN rəhbərləri Əfqanıstanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb. “Report”un ABŞ bürosu xəbər verir ki, görüş “Türk evi”ndə baş tutub. Nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər. XİN başçılarının görüşündə həmçinin gələcək inkişaf perspektivlərini və vasitəçilik məsələləri də diqqət mərkəzindəARDINI OXU

Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb

Bakıda qətl hadisəsi törədilib. “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində iki qardaş – 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etməkARDINI OXU

Türkiyənin yeni pilotsuz uçuş aparatı “Bayraktar TB3” gələn il ilk uçuşunu həyata keçirəcək

Türkiyənin yeni pilotsuz uçuş aparatı “Bayraktar TB3” 2022-ci ildə ilk uçuşunu həyata keçirəcək. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Baykar Technologies” şirkətinin texniki direktoru Selcuk Bayraktar Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST” festvalında bildirib. Mənbə: https://report.az/region-xeberleri/turkiyenin-yeni-pilotsuz-ucus-aparati-bayraktar-tb3-gelen-il-ilk-ucusunu-heyata-kecirecek/ARDINI OXU

Çin alimləri: "ABŞ-da koronavirus daha əvvəl yayılıb"

Çin alimləri ABŞ-da koronavirusun Uhandan daha əvvəl yayılması barədə yeni versiya irəli sürüblər. “Report” xəbər verir ki, bu barədə “ChinaXiv” elmi portalında dərc olunan araşdırmada bildirilir. Tədqiqat zamanı təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı haqqında statistik məlumatlardan istifadə edilib. “İlk yoluxma hadisəsinin tarixini təyin etmək üçün ABŞ-dan seçilmiş 12 nümayəndədən alınan məlumatlarınARDINI OXU