Sloveniyada COVID-19-a qarşı tədbirlər sərtləşdirilib

Sloveniyada COVID-19-a qarşı tədbirlər sərtləşdirilib



Sloveniyada COVID 19 a qarsi tədbirlər sərtləsdirilib

Sloveniya hökuməti COVID-19-a yoluxma hallarının artması səbəbindən məhdudlaşdırıcı tədbirləri sərtləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, karantinsiz ölkəyə daxil olan şəxslər üçün mənfi PCR testin etibarlılıq müddəti 48 saata endirilib. Sürətli anti-cisim testinin etibarlılıq müddəti isə 24 saatadək azaldılıb.

Ölkədə ictimai nəqliyyatdan yalnız peyvənd sənədi olan, xəstəliyi keçirmiş və ya mənfi test nəticəsinə malik şəxslərin istifadə etməsinə icazə verilir.

Bununla belə, Sloveniya hökuməti evdə məcburi karantin müddətini 10 gündən 7 günədək azaldılması haqqında qərar verib.





Mənbə: https://report.az/diger-olkeler/sloveniyada-covid-19-a-qarsi-tedbirler-sertlesdirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.