“SOCAR Georgia Gas” 808 min abunəçiyə xidmət göstərir

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki törəmə “SOCAR Georgia Gas” şirkəti qonşu dövlətdə 808 min abunəçiyə xidmət göstərir.

Bu barədə “Report” SOCAR-a istinadən məlumat verir.

Bildirilib ki, 2007-ci ildən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb, 11 min kilometr uzunluğunda qaz kəməri inşa edib.

Qeyd edilib ki, Gürcüstanda qazlaşdırma əsasən dövlət maliyyələşməsi ilə həyata keçirilsə də, SOCAR soydaşlarımızın kompakt yaşadığı bölgələrdə qaz xəttlərinin inşa olunması üçün öz vəsaitlərini sərmayə qoyur.

Qeyd edək ki, şirkətdə 2 mindən çox əməkdaş çalışır ki, bu sırada azərbaycanlılar da var.





Mənbə: https://report.az/energetika/socar-georgia-gas-808-min-abuneciye-xidmet-gosterir/

Comments are closed, but trackbacks and pingbacks are open.