SOCAR ötən rüb neft hasilatını 10 %, qaz hasilatını 9 % artırıb

Neftin qiyməti ucuzlaşdı | Report.az



Bahar yatagi uzrə xam neft hasilat proqnozu yerinə yetirilməyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olub.

“Report”un şirkətin hesabatına istinadən verdiyi məlumata görə, şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 % çoxdur.

Şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10 %, qaz hasilatını isə 9 % artırıb.

Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.





Mənbə: https://report.az/energetika/socar-oten-rub-neft-hasilatini-10-qaz-hasilatini-9-artirib/

Comments are closed, but trackbacks and pingbacks are open.