SOCAR rəsmisi: “Azərbaycan Rusiyadan qaz idxal etmir”

SOCAR rəsmisi: “Azərbaycan Rusiyadan qaz idxal etmir”



SOCAR rəsmisi Azərbaycan Rusiyadan qaz idxal etmir

Azərbaycan Rusiyadan qaz idxal etmir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov İCİS-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın “Qazprom” şirkəti də daxil olmaqla, bununla məhdudlaşmadığı üçün qonşu ölkələrlə “swap” və ya “tollinq” əməliyyatlarında iştirak edir.

“Bu çərçivədə təsdiqləyirəm ki, Rusiya da daxil olmaqla bütün qaz hasil edən qonşularımızla bu əməliyyatların tətbiqi və ya genişləndirilməsi üzərində işimizi davam etdiririk”, – deyə V. Bəylərbəyov vurğulayıb.





Mənbə: https://report.az/energetika/socar-resmisi-azerbaycan-rusiyadan-qaz-idxal-etmir/

Comments are closed, but trackbacks and pingbacks are open.