“Soçi” klubundan “Keşlə” ilə oyun öncəsi iki yeni transfer

"Soçi" klubundan "Keşlə" ilə oyun öncəsi iki yeni transfer



Soci klubundan Keslə ilə oyun oncəsi iki yeni transfer

Rusiyanın “Soçi” komandası “Keşlə”yə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi heyətini 2 yeni futbolçu ilə gücləndirib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Orenburq”un hücumçusu Dmitri Vorobyev və “Zenit”in argentinalı müdafiəçisi Emanuel Mammananı icarəyə götürüb.

24 yaşlı forvard ötən mövsüm Rusiya Milli Futbol Liqasında 39 oyun keçirib və 24 qol vurub. Onun hesabında 3 məhsuldar ötürmə də var. “Soçi” mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malikdir.

Mammana isə ötən mövsümü də icarə əsasında “Soçi”də keçirib. O, bu komanda ilə 18 oyunda 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, iyulun “Soçi” və “Keşlə” arasında ilk oyun iyulun 22-də Soçidə, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.





Mənbə: https://report.az/futbol-xeberleri/soci-klubundan-kesle-ile-oyun-oncesi-iki-yeni-transfer/

Comments are closed, but trackbacks and pingbacks are open.