Somalidə terror aktının təşkilatçısı məlum olub

Somalidə terror aktının təşkilatçısı məlum olub



Somalidə terror aktinin təskilatcisi məlum olub

Somalinin paytaxtı Moqadişoda törədilən terror aktına görə məsuliyyəti “Aş-Şəbab” terror təşkilatı üzərinə götürüb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, partlayış nəticəsində azı 8 nəfər ölüb, daha 23 nəfər yaralanıb.

Terrorçular Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının (AMİSOM) karvanı yolunda minalanmış avtomobili partladıblar.

Yaralılardan bəziləri Rəcəb Tayyib Ərdoğan adına Xəstəxanaya aparılıb.

“Aş-Şəbab” terrorçuları Şərqi Afrika ölkəsində təhlükəsizlik qüvvələrinə və mülki insanlara tez-tez hücumlar təşkil edir.





Mənbə: https://report.az/diger-olkeler/somalide-terror-aktinin-teskilatcisi-melum-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.