SON DƏQİQƏ! Azərbaycanda bu qadağalar ləğv olundu – SİYAHI – Yenicag.Az

SON DƏQİQƏ! Azərbaycanda bu qadağalar ləğv olundu – SİYAHI


İyunun 10-u saat 00.00-dan etibarən Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan bəzi qadağalar ləğv olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Ləğv olunacaq qadağaları təqdim edirik:

* Dini ibadət yerlərinin fəaliyyəti bərpa olunur (nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla)

* İri ticarət mərkəzləri, “Mall”lar açılır (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla)

* İdman zalları və sağlamlıq-bərpa obyektləri fəaliyyətə başlayır (yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilər)

– Çimərliklərin fəaliyyəti bərpa edilir (ötənilki qaydalarla tənzimlənəcək)

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/son-deqiqe-azerbaycanda-bu-qadagalar-legv-olundu-siyahi/

Comments are closed, but trackbacks and pingbacks are open.