Sosial xərclər 21 milyon manat artıb

Son 6 ayda ödətdirilən alimentlərin həcmi açıqlanıb



Son 6 ayda odətdirilən alimentlərin həcmi aciqlanib

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin sosial ödəniş xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz və ya 21,0 milyon manat artaraq 1695,0 milyon manat icra edilib.

“Report” xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.

Qeyd olunub ki, sosial ödəniş xərcləri proqnoza nisbətən 2,4 faiz və ya 40,9 milyon manat az icra edilərək illik proqnozun 45,5 faizini təşkil edir.

Bu ilin yanvar-iyun aylarında sosial ödəniş xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart və aprel ayında çox, yanvar, may və iyun aylarında az icra edilib.





Mənbə: https://report.az/sosial-mudafie/sosial-xercler-21-milyon-manat-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.