Stiven Kenni: “Azərbaycanla oyunda qələbəni haqq etmək lazımdır”

Stiven Kenni: "Azərbaycanla oyunda qələbəni haqq etmək lazımdır"



Stiven Kenni Azərbaycanla oyunda qələbəni haqq etmək lazimdir

“Yazılanlara inanmaq lazım deyil. Özümü təzyiq altında hiss etmirəm. Yaxşı məşq həftəsi keçirmişik. Komandada özünəinam var. Bunun sabahkı oyunda qələbə gətirəcəyini düşünürəm”.

“Report”un məlumatına görə, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi komandanın bütün matçlarını izlədiklərini bildirib: “Serbiya son dəqiqələrdə qələbə topunu vurdu. Portuqaliya çətin qələbə qazandı. Biz də sabahkı matçda qalib gəlmək istəyirik. Amma əvvəlcə bunu haqq etmək lazımdır. Oyunu səbirsizliklə gözləyirik”.

Kenni qızdırma səbəbindən Bakıda təcrid olunan Adam İda və Ceyson Naytın koronavirusa yoluxmadıqlarını vurğulayıb: “Bu, COVID-19-la bağlı problem deyil. Hazırda özlərini yaxşı hiss edirlər. Amma onların oynayıb-oynamayacaqlarına məşqdən sonra aydınlıq gələcək”.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – İrlandiya görüşü saat 20:00-da başlayacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/stiven-kenni-azerbaycanla-oyunda-qelebeni-haqq-etmek-lazimdir/

Comments are closed, but trackbacks and pingbacks are open.